AZ

Postekoqlu: “Bodo Qlimt” “Tottenhem”dən çəkinməyəcək”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının yarımfinalında “Bodo Qlimt”lə ilk oyundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bodo Qlimt” yarımfinaldakı yerinə layiqdir. Onlar “Latsio” və “Olimpiakos”u – iki çox mürəkkəb rəqibi keçiblər. Biz norveçlilərə layiq olduqları hörmətlə yanaşırıq və özümüzün ən yaxşı oyununu göstərməyə çalışacağıq. Patrik Berqin yoxluğu onlar üçün ciddi itkidir, amma mənə elə gəlir ki, onlar ilk növbədə komanda oyunları ilə güclü olublar, ayrıca oyunçuları ilə deyil. Son beş il ərzində onlar çoxlu oyunçularını satıblar, amma sanballı nəticələr nümayiş etdirməyə davam edirlər.

Onlar bizdən qorxmayacaqlar. Norveçdəki oyun isə daha çətin olacağını vəd edir. Bizə süni ot örtüyü üzərində, alışmadığımız şərtlər daxilində oynamaq lazım gələcək”, deyə Postekoqlu vurğulayıb.

Xatırladaq ki, “Tottenhem” – “Bodo Qlimt” oyunun bu gün, mayın 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
0
arena.az

1Mənbələr