AZ

Planetin ən yaşlı insanı vəfat edib

Dünyanın ən yaşlı sakini, Braziliyalı rahibə Ina Kanabarru Lukas 116 yaşında vəfat edib.

Ölkə.az bu barədə "Frans Press" agentliyinə istinadla xəbər verir.

Bildirilib ki, qadın 1908-ci il iyunun 8-də ölkənin cənubundakı San-Françesku-di-Assizi şəhərində anadan olub.

O, 2024-cü ilin dekabrında 116 yaşında vəfat edən yaponiyalı Tomiko İtookidən sonra Yer kürəsinin ən yaşlı sakini hesab olunmağa başlanmışdı.

ABŞ-nin Gerontologiya Araşdırmaları Qrupunun (GRG) məlumatına görə, Lukasın ölümündən sonra dünyanın ən yaşlı qadını İngiltərənin Surrey qraflığında yaşayan Etel Katerhem olub. Hazırda onun 115 yaşı var.

Həmidə İbrahimova

Seçilən
0
1
olke.az

2Mənbələr