AZ

Rusiya üçün əsas şaftalı tədarükçüləri: Azərbaycan görün neçənci yerdədir

Ötən ilin nəticələrinə əsasən Rusiyaya şaftalı və nektarinlərin əsas tədarükçüləri Azərbaycan, Türkiyə və Özbəkistan olub, Çin isə tədarükünü təxminən iki dəfə artırıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 2024-cü ilin sonuna qədər Rusiya 371,3 milyon dollar dəyərində ən azı 361,3 min ton şaftalı və nektarin idxal edib. Bu rəqəmə son bir neçə il ərzində ticarət məlumatlarını açıqlamayan Belarus və İran daxil deyil. Bununla belə, 2021-ci ilin statistikasına əsasən onlar yaxşı onluğa düşə bilərdilər.

Məlumata görə, ötən il Rusiyaya ən çox şaftalı və nektarin Türkiyədən gəlib – 161,7 min ton, 159,6 milyon dollar. Sonrakı yerdə 80 milyon dollara 86,6 min ton meyvə verən Özbəkistan, 67,1 milyon dollara isə 54,8 min ton Azərbaycan gəlir.

İlk beşliyi Gürcüstan - 22,2 min ton (26,3 milyon dollar) və Çin - 17,9 min ton (20 milyon dollar) tamamlayıb. İlk 10-luğa həmçinin Qazaxıstan (6,4 min ton), Serbiya (3,3 min), Ermənistan (2,8 min), Çili (1,8 min) və Hollandiya (1,1 min) daxildir.

Seçilən
0
publika.az

1Mənbələr