"Lionel Messi bu yaşında Lamin Yamaldan güclü idi. Mən Messini 17-18 yaşlarında meydançada görmüşəm. O, daha böyük bacarığa malik idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri məşhur italiyalı məşqçi Fabio Kapello deyib.
O, "Barselona"nın hücumçusu Lamin Yamalın Robert Levandovski ilə güclü tandem yaratdığını bildirib. Mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"ə qarşı cavab oyununda da Levandovskinin iştirak edə bilməyəcəyinə ümidvar olduğunu söyləyib: "Lamin Yamal meydançanı əla görür. Ötürmələr onun əvəzinə danışır. Dünənki qarşılaşmada Levandovskinin yoxluğu hiss edilirdi. O, meydançada olanda Yamalın ötürmələri daha təhlükəli olur. Ümid edirəm ki, polşalı hücumçu cavab görüşündə də "İnter"ə qarşı forma geyinə bilməyəcək".