"Hal hazırda bazarda satışda olan balıqların çox hissəsi İrandan, Türkiyədən, Rusiyadan və Norveçdən gəlir".
Bunu “Xəzər Xəbər”ə sahibkar İlkin Novruzov deyib.
Onun sözlərinə görə, yerli balıq bazarda çox azdır. " Yerli balıqlardan sazan balığını demək olar ki, möhtəşəmdir, təsərrüfat balıqlarından da dadlıdır, qiyməti də çox ucuzdur. Yerli balıqların kilosu 12 -14 manat arasında dəyişirsə, sazanın kilosu 8-9 manat arası dəyişir", - deyə İlkin Novruzov bildirib.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.