AZ

Birinci sinfə qəbulda vətəndaş iki məktəb seçə bilərmi?

BAKI, 1 may. TELEQRAF

Bakıda Azərbaycan dili bölməsində 34 ümumi təhsil müəssisəsi üzrə prioritet tətbiq olunur. Amma elə müəssisələr var ki, orada prioritet tətbiq etməyə ehtiyac yoxdur.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

O bildirib ki, bu ildən etibarən ilk dəfə digital.login vasitəsi ilə ölkə vətəndaşları və müvəqqəti, daimi yaşamağa icazəsi olanlar üçün şəxsi kabinetə daxil olmaq üçün imkan yaradılıb.

"Sıxlıq müşahidə olunan məktəblərə həmin ərazidə yaşayan insanları qəbul edirik. Valideynlər düşünürlər ki, o məktəblərdə boş yer qalmayacaq. Lakin əvvəlki illərin təcrübələri göstərir ki, həmin müəssisələrdə boş yerlər qalır".

Fəridə Bilişzadə qeyd edib ki, vətəndaş yanlız bir məktəb seçərək sorğu yerləşdirə bilər: "İki məktəb seçiminə bu halda icazə veririk: uşaq Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə müsabiqəyə yazılsa ona öz ərazisinə, arzusuna uyğun seçim imkanı yaradırıq".

Seçilən
0
teleqraf.com

1Mənbələr