İngiltərənin "Mançester Siti" klubu əslən malili Mamadu Sanqareni transfer edir.
Offsideplus.az xəbər verir ki, PSJ-nin 18 yaşlı mərkəz hücumçusu ilə artıq razılıq əldə olunub.
Futbolçunun PSJ ilə müqaviləsi bu il iyunun 30-da başa çatacaq və o, azad agent statusunda "Mançester Siti"yə keçəcək.
Mamadu Sanqare Fransada futbolun sirlərini öyrənib və bu ölkənin vətəndaşıdır. O, Fransanın U-19 yığmasının üzvüdür.