BAKI, 1 may. TELEQRAF
İsrail ordusu yaxın vaxtlarda HAMAS-a sərt zərbələr vurmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş Qərargah rəisi Eyal Zamir bildirib.
“HƏMAS hələ də 59 israillini girov saxlayır. İsrail ordusu onlara qarşı qətiyyətli zərbə endirməyə hazırdır. Biz bütün gücümüzü istifadə edəcəyik, əməliyyatları sürətləndirəcəyik", – o qeyd edib.
Son məlumata görə, hazırda HƏMAS Qəzza zolağında 24 israillini girov və 35 nəfərin cəsədini saxlayır.