AZ

Əvəzedicilər Liqası: 33-cü turun təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 33-cü turun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, üç günü əhatə edəcək turun bütün görüşləri saat 17:00-da start götürəcək.

Əvəzedicilər Liqası
33-cü tur

3 may

“Zirə-2” – “Turan Tovuz-2”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Vüqar Bayramov, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu.

4 may

“Şamaxı-2” – “Səbail-2”
Hakimlər: Əli Əliyev, Orxan İbişov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu.

“Araz-Naxçıvan-2” – “Sabah-2”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Akif Əmirli, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu.

5 may

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: İnqilab Məmmədov, Şirmamed Mamedov, Eyyub İbrahimov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu.

“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança).

Seçilən
0
3
arena.az

6Mənbələr