AZ

Suriya hökuməti Nyu Yorkda ABŞ rəsmiləri ilə görüşdü

ABŞ rəsmiləri Nyu Yorkda Suriya müvəqqəti hökumətinin nümayəndələri ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib.

Bildirilib ki, görüş aprelin 29-da Nyu Yorkda baş tutub.

Görüşdə suriyalı rəsmilər ölkə vətəndaşları üçün sabitliyi gücləndirəcək, qonşuları ilə sülhü təmin edəcək, iqtisadiyyatı inkişaf etdirəcək və beynəlxalq ictimaiyyətlə xoş niyyətli əməkdaşlığa səbəb olacaq siyasət seçməyə təşviq edilib.

Seçilən
0
publika.az

1Mənbələr