AZ

Yamal Qavinin rekordunu qırdı

style='margin-bottom:10px;'>

"Barselona"nın cinah oyunçusu Lamin Yamal klub tarixinin rekorduna imza atıb.

QOL.az xəbər verir ki, 17 yaş 291 günlük hücumçu bunu ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "İnter"lə oyunda (3:3) meydana çıxmaqla bacarıb.

Lamin Kataloniya təmsilçisinin heyətində keçirdiyi matçların sayını 100-ə çatdırıb. Nəticədə o, "Barselona" tarixində 100 oyun keçirən ən gənc futbolçu olub.

Əvvəlki rekord Qaviyə məxsus idi - 19 yaş 29 gün.

Qeyd edək ki, Yamal bu 100 matçda 21 qol vurub və 33 məhsuldar ötürmə verib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr