AZ

Salifu Suma “Zirə”dən ayrılır? – Bolqarıstan klubu transferə hazırdır

“Zirə”nin 21 yaşlı qvineyalı vingeri Salifu Suma yay transfer dönəmində klubdan ayrılıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, Bolqarıstanın “Ludoqorets” klubu futbolçunun müqaviləsindəki 800 min avroluq sərbəstqalma bəndini ödəməyə razılıq verib və danışıqlara başlayıb. 

Suma ilə 3 illik müqavilə imzalamağı planlaşdıran “Ludoqorets”, bu transferlə hücum xəttini gücləndirməyi hədəfləyir. Futbolçunun “Zirə” ilə müqaviləsi 2027-ci ilin yayına qədər davam etsə də, onun Avropada daha rəqabətli bir liqada çıxış etmək istəyi transferi reallaşdıra bilər.

Qeyd edək ki, Suma bu mövsüm Azərbaycan Premyer Liqasında 19 oyuna çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
idmanxeber.az

1Mənbələr