BAKI, 1 may. TELEQRAF
Tikinti-Təchizat Birliyi MMC “Şuşa Otel-Konqres Mərkəzi”nin idarə olunması üzrə 1.3 milyon manat xərcləyəcək.
Teleqraf xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC tərəfindən keçirilmiş satınalma müsabiqəsinin nəticəsinə əsasən, “Shusha Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub.
Qalib şirkətlə “Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin 2025-ci il üzrə fəaliyyətinin təşkili və idarə olunması ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi” üzrə 1.319.601,79 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı 2023 -cü il mayın 10-da baş tutub.