AZ

Raffaeli Bakıda Avropa kubokinda liderliyi ələ alıb - FOTO

Bakıda bədii gimnastika üzrə Avropa kuboku yarışlarına start verilib.

İdman.biz xəbər verir ki, ilk gün fərdi yarışlar keçirilir.

Böyüklər arasında çoxnövçülük üzrə təsnifat çərçivəsində halqa və topla çıxışlar olur.

İlk çıxışlardan sonra Sofia Raffaeli liderliyi ələ keçirib. İtaliyalı lentlə hərəkətlərə görə 27,900 xal toplayıb. Sonrakı yerdə daha bir italiyalı Tara Draqaş (27,600), üçüncü mövqedə isə Taisiya Onofriyçuk (Ukrayna, 27,450) qərarlaşıblar.

Azərbaycan gimnastı Kamilla Seyidzadə birinci növdən sonra altıncıdır (26,250).

Avropa kubokunda ümumilikdə 25 ölkədən 175 idmançı çıxış edəcək.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr