Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndə heyətinin Əfqanıstana səfəri zamanı su ehtiyatlarının idarə edilməsi və ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə bir sıra razılaşmalar əldə olunub.
Newscenter.az Özbəkistanın rəsmi xəbər agentliyinə istinadən bildirir ki, Bəlx vilayətinin qubernatoru Hacı Məhəmməd Yusuf Vafo ilə görüşdə ticarət əlaqələrinin inkişafı, kənd təsərrüfatı məhsullarının ixrac-idxal prosedurunun sadələşdirilməsi, bitki karantini sahəsində tərəfdaşlıq əlaqələrinin qurulması, su ehtiyatlarından davamlı və səmərəli istifadə, Amudərya su hövzəsinin birgə idarə olunması kimi mühüm və aktual məsələlər müzakirə edilib.
Qonşu ölkənin Kənd Təsərrüfatı və Su və Energetika nazirliklərinin nümayəndələri ilə aparılan danışıqlardan sonra qarşılıqlı faydalı maddələrdən ibarət müvafiq saziş imzalanıb.
Bu sənəd su canlıları resursları üzrə əməkdaşlığı gücləndirməyə, eləcə də Mərkəzi Asiya regionunda ekoloji dayanıqlığın təmin edilməsinə və transsərhəd su ehtiyatlarının idarə edilməsinə məsuliyyətli yanaşmaların təşviqinə xidmət edir.
Səfərin nəticələri respublikamızın regional sülhə, davamlı inkişafa, ekoloji təhlükəsizliyə yönəlmiş xarici siyasətini praktikada əks etdirir.
Süleyman