"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal UEFA Çempionlar Liqasında növbəti rekorda imza atıb.
Publika.az xəbər verir ki, bu barədə “OptaJose” məlumat yayıb.
Yarımfinalın “İnter”lə ilk oyununda yarımmüdafiəçi qol vurub. 17 yaş 291 günlük olan Lamin turniin bu mərhləsində fərqlənən ən gənc oyunçu olub. Yamal Kilian Mbappenin 2017-ci ildəki nailiyyətini (18 il 140 gün) geridə qoyub.
Qeyd edək ki, bu həm də Yamalın "Barselona"nın heyətində 100-cü oyunu olub. Onun hazırda 22 qol və 33 məhsuldar ötürməsi var.