Ajans.az dünya mediasına istinadən xəbər verir ki, Tarar sosial media hesabından etdiyi paylaşımda qeyd edib: "Pakistan Hindistanın yaxın 24-36 saat ərzində hərbi əməliyyat başlatmağı planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatlarına malikdir. İstənilən təcavüz qətiyyətlə qarşılanacaq. Bölgədə baş verə biləcək hər hansı fəlakət üçün Hindistanın tam məsuliyyət daşıyacağını bildiririk". Hindistanın Pakistanın hücumun müstəqil bir komissiya tərəfindən araşdırılması təklifini rədd etdiyini bildirən Tarar bildirib ki, Hindistan ağıl yolu ilə getmək əvəzinə, bütün bölgə üçün fəlakətli nəticələrə səbəb olacaq təhlükəli münaqişə yoluna girməyə qərar vermiş kimi görünür. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.