BAKI, 1 may. TELEQRAF
İran Xarici İşlər Nazirliyi ABŞ-nin bu ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyalara reaksiya verib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun sözçüsü İsmail Bəqayi bildirib.
Bəqayinin sözlərinə görə, bu sanksiyalar inkişaf etməkdə olan ölkələr arasında əlaqələri pozmaq məqsədi daşıyır.
O qeyd edib ki, ABŞ İranla əməkdaşlıq edən ölkə və şirkətlərə də təzyiq göstərir, bu, iqtisadi terrora bərabərdir.
Baqayi deyib ki, İran bu təzyiqlərə boyun əyməyəcək və inkişaf yoluna davam edəcək.
Xatırladaq ki, aprelin 30-da ABŞ hökuməti İran, BƏƏ və Türkiyənin 7 şirkətinə və 2 gəmiyə qarşı sanksiya tətbiq edib. Bu şirkətlər İran nefti və neft-kimya məhsullarının satışında ittiham olunur. ABŞ xüsusilə bu məhsulların Çinə ixracının qarşısını almağa çalışır.