BAKI, TurkicWorld
Egey dənizində 4 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.
Məlumata əsasən, zəlzələ yerin 7,82 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.
Qeyd edək ki, baş verən bu təkanlar, 23 aprel tarixində İstanbulun Silivri sahillərində qeydə alınan əsas zəlzələnin artçı sarsıntıları kimi dəyərləndirilir. Rəsmilər və mütəxəssislər vətəndaşları diqqətli olmağa və rəsmi qurumların məlumatlarını izləməyə çağırır.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) April 30, 2025
Büyüklük:4.4 (Mw)
Yer:Ege Denizi - [130.48 km] Datça (Muğla)
Tarih:2025-04-30
Saat:08:36:25 TSİ
Enlem:35.665 N
Boylam:26.74611 E
Derinlik:14.57 km
Detay:https://t.co/b5ZX3fvHC5@afadbaskanlik @trthaber @anadoluajansi