
Gənclər və idman naziri Fərid Qayıbov, III MDB Oyunlarına hazırlıq çərçivəsində Göygöl Olimpiya İdman Kompleksinə və Gəncə şəhər stadionuna baxış keçirib. [center]Gənclər və İdman Naziri Fərid Qayıbov, Göygöl Olimpiya İdman Kompleksində aparılan tikinti işləri ilə bağlı müzakirələr aparıb və işçilərə müvafiq tapşırıqlar verib. Nazir, işlərin yüksək keyfiyyətlə və vaxtında tamamlanmasını təmin etmək üçün ətraflı məlumat alıb. Gəncə şəhər stadionunun inşası ilə maraqlanan nazir, layihənin icra vəziyyətini və işlərin icra qrafikini nəzərdən keçirib.
III MDB Oyunları 2025-ci ilin sentyabr ayında başlayacaq və Gəncə stadionunda açılış və bağlanış mərasimləri keçiriləcək, Göygöl Olimpiya Kompleksində isə cüdo və sambo yarışları təşkil olunacaq.
✍️"Ulusum".az
Diqqət Çəkənlər
DİN: Salyanda narkotik tərkibli bitkilər yetişdirən şəxslər saxlanılıb
Meksikada dəhşətli faciə: 20 yaşlı turistin cəsədindən yalnız başı qaldı
DİN: KRİMİNAL XRONİKA