
ABŞ-ın Mayami şəhərində qan içində küçədə tək dolaşan üç yaşlı qızcığaz, polis əməkdaşlarını onun qətlə yetirilmiş anasının cəsədinə aparıb. Bu barədə Mirror nəşri məlumat yayıb.Qonşular qanlı üzü və paltarı olan uşağı gördükdən sonra onun nənəsinə xəbər veriblər. Nənə dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.Polis əməkdaşları əvvəlcə 24 yaşlı Mariya Kamila Qarsiya-Molinanı onun evində tapa bilməyib və axtarışlara başlayıb. Daha sonra qadının bədəni qanlı avtomobilin içində, dəsmala bükülmüş vəziyyətdə, çoxsaylı bıçaq yaraları ilə aşkarlanıb.Qətldə qadının keçmiş sevgilisi, 29 yaşlı Coy Çandra Nat şübhəli bilinib. O, qısa müddət sonra saxlanılıb və ikinci dərəcəli qətldə, həmçinin uşağa qarşı qəddar davranışda ittiham olunub. Polis araşdırmaları göstərib ki, hadisə baş verən zaman uşaq anası və onun keçmiş sevgilisi ilə birlikdə olub.✍️"Ulusum".az
Diqqət Çəkənlər
DİN: Salyanda narkotik tərkibli bitkilər yetişdirən şəxslər saxlanılıb
Meksikada dəhşətli faciə: 20 yaşlı turistin cəsədindən yalnız başı qaldı
DİN: KRİMİNAL XRONİKA