AZ

Qərb bu ölkəni də Rusiya ilə düşmən edir: Kampaniya başlayıb

Kollektiv Qərbin təhriki ilə Monqolustanda Aİİ ilə müvəqqəti sazişin bağlanmasına qarşı informasiya kampaniyası aparılır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan bildirib.

“Biz Monqolustanda son aylarda yuxarıda qeyd olunan sazişin imzalanmasına qarşı “kollektiv Qərb” ölkələrinin müəyyən dairələrinin dəstəyi ilə aktiv şəkildə aparılan informasiya kampaniyasını müçahidə edirik”, - Ağasandyan “RİA Novosti”yə bildirib.

"Monqolustan iqtisadiyyatı üçün mənfi nəticələrin fəlakətli ssenariləri cızılır. Aydındır ki, Qərb Ulan-Batoru, yeri gəlmişkən, monqol tərəfdaşlarımızın təşəbbüsü ilə irəli sürülmüş sövdələşmədən imtina etməyə sona qədər inandırmağa çalışacaq", - diplomat qeyd edib.

Seçilən
0
publika.az

1Mənbələr