BAKI, TurkicWorld
TEKNOFEST KKTC gəncləri üçün ilham mənbəyi olacaq.
TurkicWorld xəbər verir ki, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilən TEKNOFEST-in gənclər üçün əhəmiyyətli bir motivasiya və ilham qaynağı olacağını bildirib.
Sosial media hesabında paylaşım edən Yılmaz, bu il TEKNOFEST-in KKTC-də keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb. O qeyd edib ki, festival çərçivəsində kosmos, süni intellekt və digər sahələri əhatə edən layihələr, seminarlar, elmi məzmunlar və bilik yarışmaları bütün yaş qruplarına təqdim olunacaq.
Yılmaz, TEKNOFEST-in KKTC-də təşkilinin gənclərin texnologiya sahəsindəki inkişafına töhfə verəcəyini, eləcə də bölgədə elm və texnologiya mərkəzli gələcəyə yönələn baxışın güclənməsinə xidmət edəcəyini bildirib. O, həmçinin festivalın bu gün qapılarını ziyarətçilərə açdığını xatırladaraq, hər kəsi bu elm və texnologiya tədbirində iştirak etməyə çağırıb.