Niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun yay transfer pəncərəsində “Barselona”dan ayrılması ehtimalı gündəmdədir.
İdmanxeber.az-ın məlumatına görə, həm “Arsenal”, həm də “Liverpul” futbolçunun xidmətində maraqlıdır.
“Barselona” rəhbərliyi De Yonqun satışından 50-70 milyon avro arası gəlir əldə etməyi planlaşdırır. Futbolçunun klubla mövcud müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.
De Yonqun gələcək taleyi “Barselona”nın maliyyə vəziyyəti və futbolçunun öz qərarından asılı olacaq.