AZ

Azərbaycanlılar Qazaxıstanda sayca səkkizinci millətdir

Astana, 1 may, AZƏRTAC

Qazaxıstan əhalisinin ümumi sayı 20 316 155 nəfərə çatıb.

AZƏRTAC Qazaxıstanın Milli Statistika Bürosunun mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə ən çoxsaylı millətlərin nümayəndələri bunlardır; qazaxlar (14 milyon 456 min 709 nəfər), ruslar (2 milyon 963 min 938 nəfər), özbəklər, ukraynalılar, uyğurlar, almanlar və tatarlar. Məlumat mayın 1-də qeyd edilən Xalqların Birliyi Günündə açıqlanıb.

Rəsmi məlumatlara görə, Qazaxıstanda hazırda 155 364 azərbaycanlı yaşayır ki, bu da onları respublikada sayca səkkizinci böyük millət edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
0
5
azertag.az

6Mənbələr