AZ

İran XİN ABŞ-nin İran əleyhinə yeni sanksiyalarına reaksiya verib

Bakı. Trend:

İran ABŞ-nin İranda və bir neçə ölkədə müxtəlif iqtisadi vəticarət sahələrində İranla əməkdaşlıq etməsini əsas götürərək birsıra hüquqi və fiziki şəxslər əleyhinə sanksiyalar tətbiq etməsinikəskin şəkildə qınayır.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin İran əleyhinə qanunsuz sanksiyalarıbeynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Ötən bir neçəgün ərzində İran və başqa ölkələrin şirkətləri və fiziki şəxsləriəleyhinə müxtəlif bəhanələr əsasında sanksiyaların tətbiq olunmasıinkişaf etməkdə olan ölkələrin qanuni və dostluq münasibətlərinəzərbə vurmağa cəhd göstərmək kimi qiymətləndirilir.

“İran əleyhinə maksimum təzyiq siyasəti çərçivəsində ABŞ- tətbiqetdiyi sanksiyalar diplomatiya istiqamətini irəlilətməyə dair ABŞrəsmilərinin ciddi olması ilə bağlı strategiyası ilə ziddiyyəttəşkil edir və bununla əlaqədar məsuliyyət ABŞ tərəfinin üzərinədüşür”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Xəzinədarlıq Departamentinin Aktivlərə Nəzarətİdarəsi (OFAC) 30 apreldə ABŞ-nin İrana iqtisadi təzyiqi artırmaqüçün yeni sanksiyalar tətbiq edildiyini bildirib. Sanksiyalar BƏƏ,İran və Türkiyədə qeydiyyatdan keçmiş bir neçə şirkətə, eləcə dəİran hökuməti adından işlədiyi iddia edilən bir tankerə tətbiqedilib.

Seçilən
0
az.trend.az

1Mənbələr