BAKI, 1 may. TELEQRAF
İstanbulda 1 May Əmək və Həmrəylik Günü ilə bağlı Taksim meydanında icazəsiz yürüşlərin qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri görülüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, şəhər rəhbərliyi bu ərazidə kütləvi tədbir keçirilməsinə icazə vermədiyi üçün polis müdaxiləsi ilə 300-ə yaxın nəfər saxlanılıb.
İstanbul rəhbərliyi yalnız şəhərin Asiya hissəsində yerləşən Kadıköy və Kartal rayonlarında yürüş keçirməyə icazə verib. Təhlükəsizliyi təmin etmək üçün şəhərdə 40 min polis əməkdaşı səfərbər olunub.