AZ

Qaradağda əməliyyat - 17 kq narkotik aşkarlandı (FOTO)

Bakı. Trend:

Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı 41 yaşlıQubad Məmmədov tutulub.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin BaşNarkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, onun narkotiklərin dövriyyəsi zamanı istifadəetdiyi gizli saxlanc yerindən 14 kiloqram tərkibinə zərərlimaddələr əlavə edilmiş marixuana və 3 kiloqram 300 qram psixotopmaddə metamfetamin aşkarlanıb.

Q.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindəngötürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldəetmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş NarkotiklərləMübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrindövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davametdirilir.

Qaradağda
Qaradağda
Məqalədə:
Seçilən
0
12
az.trend.az

10Mənbələr