AZ

İngiltərə transseksuallara qadın futbolunu qadağan edəcək

İngiltərə Futbol Assosiasiyası qadın futbolu ilə bağlı yeni qərar verib.

İngiltərə Futbol Assosiasiyası transseksual qadınların qadın yarışlarında çıxışını rəsmən qadağan edəcək.

Operativ Media xəbər verir ki, qərar iyunun 1-dən qüvvəyə minəcək.

"Biz başa düşürük ki, bu qərar sadəcə olaraq cinsi kimliyinə uyğun futbol oynamaq istəyənlər üçün ağrılı ola bilər. Biz qeydiyyatdan keçmiş transseksual oyunçularla əlaqə saxlayacağıq ki, oyunda gələcək iştirak üçün dəyişikliklər və seçimlər izah edilsin", - təşkilatın bəyanatında deyilir.

Qeyd edək ki, Şotlandiya da daha əvvəl oxşar qadağa tətbiq etmişdi.

Seçilən
0
operativmedia.az

1Mənbələr