AZ

Qurban bayramı yaxınlaşır: AQTA kəsim və satış yerlərinə nəzarəti gücləndirir

Qurban

İyunun 6-7-də qeyd olunacaq Qurban bayramı öncəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə heyvan satışı və kəsimi məntəqələrində monitorinqlərə başlayıb.🔍 Nəzarət tədbirləri baytarlıq-sanitariya və gigiyena normalarına uyğunluğun yoxlanması məqsədi daşıyır. Monitorinqlərin nəticələrinə əsasən, rəsmi təsdiqlənmiş qurbanlıq heyvanların satışı və kəsimi yerlərinin siyahısı yaxın günlərdə AQTA-nın saytında (afsa.gov.az) paylaşılacaq.📢 Agentlik vətəndaşlara çağırış edir:Kəsimlər yalnız rəsmi, sanitariya tələblərinə cavab verən yerlərdə həyata keçirilməlidir.Küçə, yol kənarı, məhəllələrdə və s. nəzarətsiz şəraitdə heyvan kəsimi və satışı yolverilməzdir.Baytarlıq arayışı olmayan heyvanların daşınması da qanunsuz sayılır.📞 Əgər bayram günlərində antisanitar şəraitdə heyvan satışı və ya şübhəli hallarla qarşılaşsanız, dərhal “1003 – Çağrı Mərkəzi”, yerli icra orqanları və ya hüquq-mühafizə orqanlarına məlumat verməyiniz tövsiyə olunur.💡 Qurban ibadətidir – gəlin həm dini, həm də qanuni qaydalara uyğun şəkildə icra edək.✍️"Ulusum".az

Diqqət Çəkənlər

DİN: Salyanda narkotik tərkibli bitkilər yetişdirən şəxslər saxlanılıb

DİN: KRİMİNAL XRONİKA

Meksikada dəhşətli faciə: 20 yaşlı turistin cəsədindən yalnız başı qaldı

Seçilən
0
ulusum.az

1Mənbələr