Bolqarıstan çempionu "Ludoqorets" Bakının "Zirə" klubunun hücumçusu Salifu Sumanı transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, bolqarlar 21 yaşlı futbolçuya 800 min avro xərcləməyə hazırdırlar.

Məlumatı africafoot.com saytı yayıb.

"Ludoqorets" qvineyalı oyunçunu 3+1 il şərti ilə heyətinə cəlb etmək istəyir. 

2023-cü ildə "Havr"dan (Fransa) "Zirə"yə keçən Suma xüsusilə carı mövsüm parlaq oyunu ilə seçilir. O, bu mövsüm "qartallar"ın heyətində bütün turnirlərdə 37 matça çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.

İstedadı və yaşının azlığına görə xarici klubların diqqətini üzərinə çəkən hücumçu "Spartak", ""Lokomotiv" (hər ikisi Rusiya), "Preston Nort End" (İngiltərə), MOİK (Sofiya, Bolqarıstan), "Fənərbağça" (Türkiyə) kimi klubların maraq dairəsinə düşüb.

Qeyd edək ki, "Ludoqorets" Azərbaycan futbol azarkeşlərinə yaxşı tanışdır. Bolqarıstan təmsilçisi ötən il UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a Bakıda 2:1 hesabı ilə qalib gəlsə də, öz meydanında 2:7 uduzaraq turnirlə vidalaşmışdı.