AZ

Əlcəzair millisinin oyunçusu "Bayer"lə anlaşdı - RƏSMİ

"Herta"nın və Əlcəzair yığmasının yarımmüdafiəçisi İbrahima Maza "Bayer"ə keçib. 

Fanat.Az xəbər verir ki, məlumatı Leverkuzen klubunun mətbuat xidməti yayıb.

Tərəflər arasında 2030-cu ilə qədər müddətə müqavilə imzalanıb.

19 yaşlı futbolçunun transferi 12 milyon avro dəyərində qiymətləndirilir. 

Bu mövsüm o, 2-ci Bundesliqada 30 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Maza Berlində anadan olub və 11 yaşında "Herta"nın akademiyasına cəlb olunub. 

Seçilən
0
fanat.az

1Mənbələr