AZ

Mareska “Yurqorden”lə ilk oyundan gözləntisini açıqladı

“Çelsi”nin baş məşqçisi Entso Mareska Konfrans Liqasının yarımfinalında “Yurqorden”ə qarşı keçirəcəkləri ilk oyundan gözləntisini açıqlayıb.

Arena.az italyan mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:

“Bu, xoş bir məqamdır. Biz finala yüksələ bilərik. Elə, lap əvvəldən biz deyirdik ki, addım-addım irəliləyəcəyik. İndi bizim məqsədimiz – finala yüksəlməyə cəhd etməkdir. Bu, böyük qənimətdir, nəhəng qənimətdir.

Şəxsən mən rəqibin altı oyununa baxmışam. Onlardan bəziləri Konfrans Liqasının oyunları, bəziləri isə yerli liqanın oyunlarıdır. Amma yerli liqada onlar Konfrans Liqasında istifadə etmədikləri oyunçulardan istifadə edirlər. Bunu təhlil etmək asan məsələ deyil. Biz oyuna bacardığımız qədər yaxşı hazırlaşmağa və bütün xırda təfərrüat haqda öncədən düşünüb həll tapmağa çalışacağıq”, deyə Mareska vurğulayıb.

Xatırladaq ki, “Yurqorden” – “Çelsi” oyunun bu gün, mayın 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Əlavə edək ki, “Çelsi” cari mövsüm Avropa Konfrans Liqasını qazanmağa ən əsas namizəd olaraq qəbul edilir.

Seçilən
0
arena.az

1Mənbələr