Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.
Bəzi təhsil müəssisələrində I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv olunub.
Bu barədə Operativ Media-ya MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi üzrə müsabiqə mərhələsi ləğv edilib.
Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.