Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalı maliyyə çətinliyi səbəbindən yayımını dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə telekanaldan məlumat verilib.
"Biz qeyri-mümkünlə bacarmışıq, lakin təəssüf ki, Gürcüstan tarixində tez-tez baş verdiyi kimi, qalamız daxildən sındırılıb, xarici düşmən bizim öhdəsindən gələ bilmədi. Bizi bir vaxtlar bu alınmaz divarların tikintisinə kömək edən şəxs məhv edib. Təsisçilərimizdən biri şəxsi məqsədləri və ya qisas məqsədi ilə "Mtavari Arxi"nin bağlanmasına səbəb oldu”, - məlumatda qeyd olunub.