Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada kafelərdən birinə qəfil ziyarət təşkil edərək vətəndaşlarla görüşüb.
Publika.az xəbər verir ki, səmimi anların yaşandığı səfərdə Ərdoğan vətəndaşların suallarını cavablandırıb və onlarla söhbət edib.
Uşaqlara oyuncaqlar hədiyyə edən prezident vətəndaşlar ilə şəkil çəkdirib.
Ərdoğanı prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və bəzi AKP millət vəkilləri müşayiət edib.