AZ

Gürcüstan Suxumi hava limanının işə salınmasını qınadı

TBİLİSİ, 1 may. TELEQRAF

“Gürcüstan Suxumi hava limanının beynəlxalq normalara zidd fəaliyyət göstərməsini qınayır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanın hava limanı ilə bağı mövqeyi birmənalıdır.

“Bu, təkcə bizim mövqeyimiz deyil. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu mövqeni dəstəkləyir. Bizim ICAO ilə sıx əlaqələrimiz və əməkdaşlığımız var. Bu, ICAO-nun prinsiplərinə və Gürcüstanın “İşğal haqqında” Qanununa ziddir”, - L.Davitaşvili söyləyib.

Qeyd edək ki, bu gündən etibarən Rusiya və Gürcüstanın işğal altında saxlanılan Abxaziya arasında birbaşa aviareyslər açılır.

Seçilən
0
teleqraf.com

1Mənbələr