AZ

Dünya heyrətdə: Tramp onu Moskvaya Qələbə Paradına göndərir?

ABŞ dövlət katibi Marko Rubionun mayın 9-da Moskvaya Qələbə Paradına gələ biləcəyi ilə bağlı iddia irəli srülüb.

Publika.az xəbər verir ki, bu barədə “Zvezda” telekanalı məlumat yayıb.

"ABŞ nümayəndəsi mayın 9-da keçiriləcək Qələbə Paradında qonaq ola bilər", - telekanalın saytı diplomatik dairələrdəki mənbəyə istinadən yazır.

“Bu nümayəndənin ABŞ-ın dövlət katibi Marko Rubio ola biləcəyi güman edilir”, - mənbə bildirib.

Mayın 9-da yaxın və uzaq xaricdən iyirmiyə yaxın liderin və yüksək səviyyəli nümayəndələrin Moskvaya səfər edəcəyi əvvəlcədən xəbər verilmişdi.

Seçilən
0
publika.az

1Mənbələr