AZ

Messi “Barselona”da vida oyunu keçirməkdən imtina edib

“İnter Mayami”nin kapitanı Lionel Messinin sabiq komandası “Barselona” ilə münasibətləri ciddi şəkildə korlanıb.

Msport.az xəbər verir ki, argentinalı superulduz Kataloniya klubuna dönməyə müsbət yanaşmır.

O, rəhbərliklə əlaqə saxlamaqdan, hətta “Barselona”da vida oyunu keçirmək fikrindən imtina edib. Messi ilə klubun münasibətləri olduqca soyuqdur. Buna görə də 37 yaşlı hücumçu mətbuata İspaniya nəəhəngi barədə danışmaqdan çəkinir.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2004-2021-ci illərdə “Barselona”nın formasını geyinib.

Seçilən
0
msport.az

1Mənbələr