AZ

Astroloq Ukrayna ilə bağlı yenə qorxulu proqnoz verir

Astroloq

“Mayın 9-dək Ukraynada hər şey az-çox sakit olacaq, lakin mayın 10-dan etibarən Rusiya ordusu yenidən kütləvi gecə zərbələri endirməyə başlayacaq”.

Reyting.az
Ukrayna mediasına istinadla bildirir ki, bu proqnozu astroloq Anjelina Vakulina səsləndirib.

Astroloqun proqnozuna görə, yaşayış sahələrinə, uşaq müəssisələrinə hücumlar olacaq, Xarkov və Xerson böyük itkilərə məruz qalacaq.

O, həmçinin elektrik enerjisinin kəsilməsi hallarının davam edəcəyi səbəbindən generatorları saxlamağa çağırıb.

Danışıqlara gəlincə, Vakulina deyib ki, onlar iyunda baş tuta bilər, lakin ciddi irəliləyiş gözlənilmir.

Vakulina may ayında müharibədən ən çox əziyyət çəkə biləcək Ukrayna şəhərlərinin adını da açıqlayıb:

Xarkov, Odessa, Dnepr, Zaporojye, Nikolaev, Sumi, Çerniqov, Krivoy-Roq!

Astroloq sonda əlavə edib ki, hələlik müharibənin sonu görünmür və ruslar Ukraynaya zərbələr endirməyə davam edəcəklər.

V. QULİYEV
Seçilən
0
reyting.az

1Mənbələr