AZ

KİV: ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verməyib

BAKI, may 1. TELEQRAF

Vaşinqton və Kiyev arasında imzalanan yeni razılaşma ABŞ-dən gələcək təhlükəsizlik dəstəyi ilə bağlı heç bir zəmanət vermir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, ABŞ tərəfi danışıqların əvvəlki mərhələlərində təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri rədd edib.

Nəşr yazır ki, əgər Rusiya ilə Ukrayna arasındakı döyüşlər davam edərsə, bu razılaşma çox da əhəmiyyətli olmayacaq.

Ukraynanın iqtisadiyyat naziri Yulya Sviridenko bu gün ABŞ ilə mədən sahəsində razılaşma imzaladıqlarını açıqlayıb. Sənədə əsasən, Ukrayna əldə etdiyi yeni mədən gəlirlərinin 50%-ni ikitərəfli sərmayə fonduna yatıracaq. Həm ABŞ, həm də Ukrayna bu fondun idarə edilməsində bərabər səs hüququna sahib olacaq.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr