2025-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG-dən) Azərbaycan dövlətinə Səngəçal terminalından və “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr səmt qazı təhvil verilib.
Bp-dən Teleqraf-a verilən məlumata əsasən ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı təhvil verilib.Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, 2024-cü ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə gündə orta hesabla 7,4 milyon kubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı təhvil verilmişdi.