AZ

Konstitusiya müddəalarını elə təfsir etməliyik ki, Azərbaycanın beynəlxalq öhdəliklərini pozmayaq - Lətif Hüseynov

Bakı. Trend:

Konstitusiya müddəalarını elə təfsir etməliyik ki, Azərbaycanınbeynəlxalq öhdəliklərini pozmayaq.

Trend xəbərverir ki, bu sözləri Avropa İnsan Hüquqları Məhkəməsinin hakimiLətif Hüseynov bu gün Bakıda “Konstitusiya - dövlətimizinmüstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasındamühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransdadeyib.

O bildirib ki, konstitusiya beynəlxalq müqavilələrdən dəüstündür:

"Əlbəttə, bu, təkcə Azərbaycanda deyil, bütün Avropa ölkələrindəbelədir. Bununla bağlı hətta bəzən belə bir məsələ ortaya çıxır ki,Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Məhkəməsinin qərarları,Avropa ölkələrinin Konstitusiyasında qarşılıqlı münasibətlilik necəolmalıdır.

Biz konstitusiya müddəalarını elə təfsir etməliyik ki,Azərbaycanın beynəlxalq öhdəliklərini pozmayaq. Axı biz beynəlxalqöhdəliklərə sadiq olduğumuzu göstərmişik. Biz beynəlxalq hüquqauyğun münasibətlərimizi qururuq. Hər bir müddəanın məna yükü var.Konstitusiya preambulası da təfsir zamanı nəzərə alınmalıdır".

"Əlbəttə, konstitusiya üstündür, bunu heç kim inkar edə bilməz.Amma çalışılmalıdır, elə təfsir edilsin ki, ziddiyət yaranmasın vəya ziddiyət minumuma ensin. Burada harmonik yanaşma əsasgötürülməlidir.

Eyni zamanda, burada beynəlxalq münasibətlərdə qloballaşmanıninkişaf etdiyi bir dövrdə ümumbəşəri dəyərlərə sadiqlikgöstərdiyimizi nəzərə almalıyıq", - L.Hüseynov vurğulayıb.

"Çox maraqlıdır ki, Azərbaycan Konstitusiyasında dəyişilməsimümkün olmayan müddəalar var. Onlar heç referenduma çıxarılmaz,çıxarılsa belə, konstitusiya məhkəməsi veto qoyacaq.

Elə məsələlər var ki, xalq onu müəyyən edib və o məsələlər,müddəalar Azərbaycan xalqı üçün həyati əhəmiyyət daşıyır. Buməsələlər dəyişdirilə bilməz.

Təəssüf ki, konstitusiyamızın hüquqi sənəd olduğunu çox zamanyaddan çıxarırıq. Amma Konstitusiyanın özü qanundur, hüquqdur,məcburi müddəalardır. Konstitusiya yalnız Konstitusiya Məhkəməsitərəfindən tətbiq oluna bilməz", - deyə L.Hüseynov qeyd edib.

Seçilən
0
1
az.trend.az

2Mənbələr