AZ

Uşaqları maşınla vuran sürücü: Hər şeydən bezmişdim

BAKI, 1 may. TELEQRAF

Yaponiyanın Osaka şəhərində bir kişi avtomobilini bilərəkdən məktəblilərin üzərinə sürüb.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası NHK məlumat yayıb.

Hadisə şəhərdəki ibtidai məktəbin yaxınlığındakı dar bir küçədə baş verib.

Saxlanılan şəxs polisə verdiyi ifadədə hadisəni qəsdən törətdiyini bildirib. Onun sözlərinə görə, hər şeydən bezib və bu səbəbdən avtomobillə uşaqları vuraraq onları öldürmək istəyib.

Hadisə nəticəsində 7 məktəbli yaralanıb və hazırda xəstəxanadadırlar. Uşaqların vəziyyəti sabit olaraq qiymətləndirilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr