AZ

Azəri-Çıraq-Günəşli əsaslı məsrəflər artıb

2025-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 251 milyon dollar əsaslı məsrəflər xərclənib.

Teleqraf BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir ki,AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik 5-illik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı və mayda başlanması nəzərdə tutulan növbəti məlumat toplanması işlərinə - ikinci il üçün proqrama, hazırlıq birinci rüb ərzində davam edib.

Xatırladaq ki, 2024-cü ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 347 milyon dollar əsaslı məsrəflər xərclənmişdi.

Seçilən
0
teleqraf.com

1Mənbələr