AZ

OPEK+ “səkkizliyi” iyun ayı üzrə hasilat planını müzakirə edəcək

BAKI, 1 may. TELEQRAF

OPEK+ “səkkizliyinin" mayın 5-də keçiriləcək görüşündə iyun ayı üzrə neft hasilatının artırılması üzrə planı müzakirə ediləcək.

Teleqraf xəbər verir ki , neft hasilatının könüllü azaldılması barədə razılaşmalarda iştirak edən səkkiz OPEK+ ölkəsi mayda hasilatı sutkada 411 min barrel artırmalıdır. Bu da üç ay ərzində hasilatın artırılması üzrə ilkin plana uyğundur.

Hasilat planına könüllü korrektələr üzrə öhdəlik götürən ölkələr arasında Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt yer alır. Bu ölkələr 2024-cü ilin əvvəlindən etibarən ümumilikdə sutkada 2,2 milyon barrel neft hasilatını könüllü şəkildə azaldıblar. Apreldən etibarən isə hasilatın tədricən bərpasına başlayıblar. Aprel ayı üçün hasilatın artırılması planı (artıq hasilatın kompensasiyası nəzərə alınmadan) sutkada 138 min barel idi.

Mayda ilkin olaraq hasilatın sutkada 135 min barel artırılması planlaşdırılsa da, 3 aprel tarixində OPEK+ “səkkizliyi”nin görüşündə hasilatın artım tempinin sürətləndirilməsi,bu rəqəmin sutkalıq 411 min barel səviyyəsində müəyyən olunması qərara alınıb. Bu da üçaylıq artım planına bərabərdir. İyun ayı üzrə hasilat planı isə ayrıca 5 may tarixində keçiriləcək görüşdə müzakirə olunacaq.

Bu razılaşmalar OPEK+ “könüllülər”inin səkkizindən yeddisinin könüllü azalma dövründə baş verib. Artıq hasilatı kompensasiya etmə öhdəliyini əhatə etmir. Bütün hasilat azaldılması planını yalnız Əlcəzair tam şəkildə yerinə yetirib. Beləliklə, kompensasiyalar nəzərə alındıqda, OPEK+ səkkizliyinin may ayında hasilat artımı aprel ayı ilə müqayisədə sutkada 253 min barrel olacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr