Bakı. Trend:
Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 726milyon dollar əməliyyat xərcləri və təxminən 213 milyon dollarəsaslı xərclər çəkilib.
Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birincirübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbərverir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatxərcləri 7 milyon dollar və ya 1%, əsaslı xərclər isə 12 milyondollar, yaxud da 6% artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Şahdəniz üzrəfəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri vətəxminən 201 milyon dollar əsaslı xərclər çəkilmişdir.
Qeyd edək ki, rüb ərzində Şahdəniz yatağından Azərbaycan(SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə)bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılaraqaz çatdırılması davam edib.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa vəŞahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyardstandart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyonbarel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən76,4 milyon (ildə təqribən 27,9 milyard) standart kubmetrdir.