AZ

Simonyan: Köçəryan bir daha heç vaxt hakimiyyətdə olmayacaq

BAKI, 1 may. TELEQRAF

Robert Köçəryan, “Daşnaksütyun” və kilsə bir daha heç vaxt Ermənistanda hakimiyyətə gələ bilməyəcək.

Teleqraf xəbər verir ki, bunu dünən İrəvanda keçirilən siyasi aksiyanı şərh edən Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Dünən özünü “müxalifət” adlandıran və məqsədi Ermənistanın seçilmiş hakimiyyətini devirmək olan qüvvə siyasi olaraq bitdiyini növbəti dəfə nümayiş etdirdi. Bu, Köçəryanın (dövlətdən oğurladığı) sərvətini saxlamaq, hakimiyyəti daşnaklar və bəzi kilsə ünsürlərinə qaytarmaq üçün növbəti cəhddir”, - spiker bildirib.

Simonyan Köçəryan tərəfdarlarını və ya aksiya iştirakçılarını “zəif təlim keçmiş meymunlar” adlandırıb.

“Onlar bir daha Ermənistanda uğur qazana bilməyəcəklər, təkrar edirəm, heç vaxt. Siyasi fikirlərlə razılaşmamaq olar, mübahisə etmək olar, amma elə xətlər var ki, onları keçmək olmur, onları keçən kimi məhv olursan, onsuz da əvvəldən həm siyasi, həm də mənəvi mənada heç idilər”, - parlament sədri qeyd edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr