AZ

Seldən sonra Qubanın dağ kəndi ilə 15 gündür əlaqə kəsilib

Quba rayonunun Gömürdəhnə (Gümür Dəhnə) kəndi ilə əlaqə kəsilib.

Bu barədə Far.Az-in "qaynar xətti"nə valideynləri həmin kənddə yaşayan və onlarla əlaqəsi kəsilən Qərənfil Cəfərova məlumat verib.

O, bildirib ki, ötən ayın 14-də yağan aramsız yağışlardan sonra kəndin əsas körpüsünü sel aparıb. Həmin vaxtdan bəri körpü bərpa edilməyib, kəndlə də əlaqə kəsilib.

Bundan başqa şikayətçinin sözlərinə görə, kəndə həm də elektrik verilişi də 20 günə yaxındır dayandırılıb:

"Hazırda kənddə işıq, yol və içməli su yoxdur. Kənd sakinləri qalıb çarəsiz. Bir qırıq körpü var idi, onu da sel dağıdıb". 

Məsələ ilə əlaqədar aidiyyatı qurumlara sorğu ünvanlanıb. Cavab veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Seçilən
0
1
far.az

2Mənbələr