AZ

Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2031-ci ilə qədər təbii qaz hasilatının sabit səviyyədə qalacağını proqnozlaşdırır

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu Azərbaycanda təbii qaz hasilatının2025-2030-cu illər ərzində sabit səviyyədə - günə 0,9 milyon barrelneft ekvivalenti səviyyəsində qalacağını gözləyir.

Trend xəbər verirki, maliyyə institutunun son hesabatına görə, 2023 və 2024-cüillərdə ölkədə neft hasilatı günə 0,9 milyon barrel neftekvivalentində olub. Eyni zamanda, BVF hesablamalarına əsasən, 2021və 2022-ci illərdə bu göstərici 0,8 milyon barrelə bərabərolub.

Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cüildə ölkədə 50,3 milyard kubmetr təbii qaz hasil edilib ki, bu daəvvəlki illə müqayisədə 2 milyard kubmetr çoxdur. Bu həcmin 13,3milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG), 27,8 milyard kubmetri“Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yataqlarının, 7,7milyard kubmetri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)payına düşür.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanda neft və kondensathasilatı 29,1 milyon ton təşkil edib. Bunun 16,8 milyon tonu AÇG,4,2 milyon tonu “Şahdəniz”, 0,6 milyon tonu “Abşeron” yataqlarındanhasil olunub. SOCAR tərəfindən isə 7,5 milyon ton həcmində hasilattəmin edilib.

Seçilən
0
az.trend.az

1Mənbələr